Azərbaycanda bu cərrahi əməliyyat ilk dəfə icra edildi: TİROİD VƏZİNİ QOLTUQ ALTINDAN ÇIXARDILAR - VİDEO

Azərbaycanda bu cərrahi əməliyyat ilk dəfə icra edildi: TİROİD VƏZİNİ QOLTUQ ALTINDAN ÇIXARDILAR - VİDEO
  • Maraqlı / Araşdırma

  • Masallı Bioloji Təbabət klinikasının Cərrahiyyə Mərkəzində Azərbaycan səhiyyəsi üçün əlamətdar sayılan əməliyyat icra edilib.

    Asiya.az xəbər verir ki, Masallı Bioloji Təbabət klinikasının Türkiyədə təhsil almış uzman ümumi cərrahı, doktor Alim Əkbərov və klinikanın peşəkar tibb heyəti tərəfindən “Tək kəsikli endoskopik qalxanabənzər vəzinin çıxarılması əməliyyatı” baş tutub. Əməliyyatın ilk olma xüsusiyyəti bundadır ki, boyunda kəsik aparmadan, qoltuq altından tək portla girilməklə icra edilib.

    Klinikaya boyunda şişkinlik şikayəti ilə müraciət edən 56 yaşlı xanım pasiyent klinik, laborator və instrumental müayinələrdən keçirildikdən sonra onda qalxanabənzər vəzinin (zob) sağ payında 2 sm-lik düyün aşkar olundu. Protokola əsasən İİAB (incə iynə aspirasiya biopsiyası) olundu, İİAB-nin nəticəsi follikulyar neoplazma olaraq bildirildi. 

    Pasiyent sağ hemitiroidektomiya qərarı ilə əməliyyata alındı, əməliyyat ilk dəfə olaraq tək kəsikli endoskopik üsulla icra olundu. Əməliyyat 1.5 saat davam etdi. Əməliyyatdan sonra pasiyent palataya verildi və 1 gün sonra evə yazıldı.

    Endoskopik tiroid (zob) cərrahiyyəsi dünyada çox nadir icra olunan əməliyyatlardan biridir. Bu əməliyyat çox az sayda ölkələrdə icra olunur, artıq ölkəmiz də bu ölkələr siyahısına daxil olmuş oldu.

    Xatırladaq ki, endoskopik tiroid cərrahiyəsi ölkəmizdə də bir neçə üsulla icra olunurdu (BABA, ABBA, TOETVA). Lakin SIET (Tək kəsiklə endoskopik tiroidektomiya) üsulu ilə qalxanabənzər vəzinin çıxarılması əməliyyatı ilk dəfə Masallı Bioloji Təbabət Klinikasında icra olundu.

    PAYLAŞ:

    Oxşar xəbərlər