Şərəfə kənd orta məktəbinin 100 illik yubileyi qeyd edildi - FOTOLAR

Şərəfə kənd orta məktəbinin 100 illik yubileyi qeyd edildi - FOTOLAR
  • Sosial / Manşet

  • Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Şərəfə kənd tam orta məktəbinin yüz illik yubileyinə həsr edilən tədbir keçirilib.


    Asiya.az
    xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Şərəfə kəndinin ziyalısı Nahidə Məmmədova bildirdi ki, 100 yaşını qeyd etdiyimiz təhsil ocağı həm rayonun Şərəfə kəndində, həm də ətraf ərazilərdə yaşayan əhalinin savadlanmasında, dünyagörüşünün formalaşmasında xüsusi rol oynayıb. Bu da kənd məktəbinin ilk maarifpərvər insanları İsmayıl Bağır oğlu Əzimovun və Masallı rayonunun ilk Əməkdar müəllimi Nəzirməmməd Bəşir oğlu Məmmədəliyevin adı ilə bağlıdır. Həmin işıqlı şəxslərdən sonra burada dərs alanların çoxu Bakıda və digər xarici ölkələrin ali məktəblərinə daxil olub rayona ziyalı kimi qayıdırdılar. Bu gün Şərəfə kəndi şəhid Qəhrəman İsmayılov adına tam orta məktəbinin təcrübəli və işgüzar pedaqoji kollektivi tarixi ənənələrə söykənən təhsil ocağının müvəffəqiyyətlərini artırmağa çalışır. Artıq neçə illərdir ki, ali məktəblərə qəbul səviyyəsi də, gənc müəllimlərin əməyinin ölkə miqyasında tanınması və mükafatlandırılması buna canlı sübutdur.

     

    Tədbirdə çıxış edən Azərbaycan Universitetinin Professoru, pedoqoji elmlər doktoru Fərahim Sadıqov, Şərəfə kəndi şəhid Qəhrəman İsmayılov adına tam orta məktəbin direktoru Gülcan Kərimova, Almaniyada yaşayan, məktəbin ilk müəllimlərindən olan Nəzirməmməd Bəşir oğlu Məmmədəliyevin qızı Nazilə Bəşirova, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, yazıçı-publisist Nurəddin Ədiloğlu, məktəbin məzunu Tahir Ələkbərov, məktəbin ilk qurucusu olan İsmayıl Bağır oğlu Əzimovun nəvəsi, məktəbin məzunu Dürdanə Əzimova, məktəbin tarix müəllimi Sərmayə Musayeva və başqaları respublikamızda təhsilə göstərilən diqqət və qayğıdan söhbət açaraq tarixə yazılan 44 günlük Zəfər Qələbəsindən danışıb, Azərbaycan Prezidenti cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, rayon icra başçısına təhsilə göstərdikləri qayğıya görə minnətdarlıq bildirdilər. 


    Təntənəli yubiley tədbiri Masallı Regional Mədəniyyət İdarəsinin solistləri Miriş Hüseynov, Şamo İbayev və başqa mədəniyyət işçilərinin hazırladığı konsert proqramı ilə başa çatıb.

    Fotolar Elsevər Əliyevə məxsusdur:










    PAYLAŞ:

    Oxşar xəbərlər