Masallıda şəkərli diabet xəstələrinə dərman niyə verilmir? - XƏSTƏLƏRDƏN NARAZILIQ (VİDEO)

Masallıda şəkərli diabet xəstələrinə dərman niyə verilmir? - XƏSTƏLƏRDƏN NARAZILIQ (VİDEO)
  • Sosial / Manşet

  • Masallı Xəstəxanasında şəkərli diabetdən əziyyət çəkən xəstələr dərman ala bilmirlər. 

    Masallı Rayon Mərkəzi xəstəxanası ötən ildən koronaviruslu xəstələr üçün ayrıldığı üçün şəkərli diabetdən əziyyət çəkən rayon sakinləri dərmanlarını götürmək üçün Boradigah Qəsəbə Xəstəxanasına getməli olurlar.


    Hər ayın 9-10-da verilən dərmanlar isə bu il dekabr ayının 17-si olmasına baxmayaraq hələ də xəstələrə verilməyib.
    Jurnalist Rəmzi Bağırov Xəstəxanada rastlaşdığı mənzərəni videoya çəkərək sosial şəbəkələrdə paylaşıb.
     
    Asiya TV-nin əməkdaşı məsələyə aydınlıq gətirməsi üçün Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsə yeni direktor təyin edilən Tibb Elmləri Doktoru Xanbaba Hüseynovla əlaqə saxlayıb.
     
    Publik Hüquqi şəxsin yeni direktoru bildirib ki, dərmanları Bakıdan gecikdiriblər.


    "Bu gün paytaxta avtomobil göndərmişik, sabah dərmanların hamısı veriləcək." - deyə direktor əlavə edib.
     
    PAYLAŞ:

    Oxşar xəbərlər