Azərbaycanda bayram tətili başlayır

Azərbaycanda bayram tətili başlayır
  • Sosial

  • Azərbaycanda yeni il tətili başlayır.

    Asiya.az
    xəbər verir ki, Yeni il bayramı ilə əlaqədar ölkədə ardıcıl beş gün iş olmayacaq.

    31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır.

    Belə ki, 2022-ci ilin 1-2 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf edir.

    Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq. Beləliklə, 31 dekabr 2021-ci il və 1, 2, 3, 4 yanvar 2022-ci il tarixləri qeyri-iş günü olaraq qəbul edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər