“Yeniliklərə açıq gənclərimizi gördükcə, gələcəyimizin əmin əllərdə olduğuna arxayın oluruq” - Arzu Bağırova

“Yeniliklərə açıq gənclərimizi gördükcə, gələcəyimizin əmin əllərdə olduğuna arxayın oluruq” - Arzu Bağırova
  • Sosial / Manşet

  • Naftalan şəhərində “Gənc Liderlər üçün Qış Universiteti”nin dördüncü günündə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırovanın təqdimatında “Zərərli vərdişlərə qarşı mübarizədə gənclərin sosial fəallığının artırılması” mövzusunda görüş baş tutub.

    Asiya.az
    xəbər verir ki, görüş zamanı layihə iştirakçıları ilə fikir mübadiləsi aparılıb, gənclərin sualları cavablandırılıb, təklifləri dinlənilib. 
    Arzu Bağırova bildirib ki, “Gənclərlə görüşmək, onlarla fikir mübadiləsi, diskusiya aparmaq mənim üçün həmişə maraqlıdır və fəal gəncləri dinləmək hətta onların fərqli və yeni düşüncələrinə şahid olmaq daha da sevindiricidir. Savadlı və yeniliklərə açıq gənclərimizi gördükcə, gələcəyimizin əmin əllərdə olduğuna arxayın oluruq.”
    Görüşün sonunda xatirə fotoları çəkilib.

    Qeyd edək ki, “Gənc Liderlər üçün Qış Universiteti” Azərbaycan Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilir.






    PAYLAŞ:

    Oxşar xəbərlər