Şəhid Səbuhi Əhmədovun qardaşına 11 min manat verildi - RƏSMİ

Şəhid Səbuhi Əhmədovun qardaşına 11 min manat verildi - RƏSMİ
  • Sosial

  • Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 min manat məbləğində birdəfəlik ödəmə təyin olunub.

    Asiya.az
    xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Sosial Müdafiə Fondundan (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili bildirib.

    R.Mehdili qeyd edib ki, vətəndaş aidiyyəti qurumdan vərəsəçi olmasını təsdiq edən sənədləri 4 oktyabrda təqdim etdikdən dərhal sonra elə həmin gün Sənan Əhmədova birdəfəlik ödəmə təyin olunub:

    "Vətəndaşın müvafiq bank hesabına artıq ödəniş həyata keçirilib. Bu barədə ona məlumat verilib. 5 oktyabr tarixindən o banka yaxınlaşaraq kartını əldə edib, birdəfəlik ödənişini ala bilər".

    Qeyd edək ki, 2 yaşında valideynlərini itirən Səbuhi Əhmədov qardaşı Sənan Əhmədovla birlikdə SOS uşaq evində böyüyüb.

    12-14 sentyabr 2022-ci ildə Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov İkinci Fəxri Xiyabanda dəfn olunub. 
    PAYLAŞ:

    Oxşar xəbərlər