Azərbaycan güləşçisi dünya çempionu oldu

Azərbaycan güləşçisi dünya çempionu oldu
  • İdman

  • Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.

    "Report"un məlumatına görə, 72 kq-da çıxış edən idmançı finalda xorvatiyalı Pavel Puklavetsə hesabı 8:2 ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

    Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan yığması mundialı 3 medalla başa vurub. Daha əvvəl Nihad Quluzadə (55 kq) və Nihad Məmmədli (60 kq) ikinci yeri tutub.
    PAYLAŞ:

    Oxşar xəbərlər