İsgəndər Ağayev: xərclənən pullar millətin cibindən gedir

İsgəndər Ağayev: xərclənən pullar millətin cibindən gedir
  • Cəmiyyət

  • Azərbaycanın ev sahibliyini etdiyi ilk Avropa Oyunları həm ölkənin tanıdılması və turizmin inkişafı, həm də xərclənən büdcənin məbləği ilə gündəmdədir.
    Onu da xüsusi vurğulayım ki, “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Prezidentin fərmanında göstərilir ki, Bakı şəhərində birinci Avropa Oyunlarının keçirilməsi üçün idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilatı işlər üçün 1 milyard 336 milyon vəsait ayrılıb.
    Məlum olduğu kimi Gənclər və İdman Naziri Azad Rəhimov təkcə “Bakı 2015″-ə avropa oyunlarının açılış mərasiminə 100 milyon manatdan çox xərcləndiyini bəyan edib. Mediaya açıqlama verən Nazir onu da bildirib ki, bu rəqəm arta bilər və sonda bu haqda mılumat verəcəyik.
    Təsəvvür edin, təkcə açılışa 100 milyon xərclənibsə bütünlükdə isə bu rəqəm 1 milyardı ötüb keçəcək. Təhlilçilər ümumilikdə Oyunlara büdcədən ayrılmış rəsmi rəqəmin üç milyard manatdan çox olduğunu deyirlər.
    Təkcə ölkəyə akridedasiya olunan jurnalistlərin sayı 5 mini keçir. Bundan əlavə olaraq texniki heyyətin ölkəmizə gəlişi onların xərclərini göz önünə gətirəndə ağlasığmaz rəqəm alınır.
    Təsəvvür edin millətin cibindən, qarnından kəsilən bu pul, sanki havaya sovrulur. Sadəcə şou göstəmək xətrinə çəkilən xərclərin bir hissəsi ilə hansısa yeniliyə imza atmaq olar və ya minlərlə tələbənin xaricdə təhsilinə dəstək vermək olardı.
    Bütün hallrda millətimizə səbr arzu edirəm."
    İsgəndər Ağayev
    PAYLAŞ:

    Oxşar xəbərlər