8-9 noyabr qeyri-iş günləri ilə bağlı daha bir RƏSMİ AÇIQLAMA

8-9 noyabr qeyri-iş günləri ilə bağlı daha bir RƏSMİ AÇIQLAMA
  • ---

  • Bildiyimiz kimi, 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib.

    Elm və Təhsil Nazirliyindən Asiya.az-a verilən xəbərə görə, bununla əlaqədar təhsil müəssisələrində iş günləri aşağıdakı kimi tənzimlənir:

    1. Beş günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş günü, 6-9 noyabr isə qeyri-iş günləri hesab edilir.

    2. Altı günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 7-si iş günü, 8-9 noyabr isə qeyri-iş günləri hesab edilir. Başqa sözlə desək, 05 və 07 noyabr iş günləridir.
    PAYLAŞ:

    Oxşar xəbərlər