“Vafi's Heaven” uşaq bağçasında Bayraq Günü qeyd edildi – VİDEO/FOTO

“Vafi's Heaven” uşaq bağçasında Bayraq Günü qeyd edildi – VİDEO/FOTO
  • Olay

  • Vafi's Heaven” uşaq bağçasında 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə bayram tədbiri keçirilib.

    Asiya.az xəbər verir ki, tədbiri giriş sözü ilə bağçanın müdiri Sənubər Əliyeva açaraq bayrağımızın yaranma tarixindən, rənglərin mənalarından danışdı. Həmçinin qeyd etdi ki, üçrəngli bayrağın dövlət rəmzi kimi bərpası təşəbbüsünü ilk dəfə Ulu Öndər Heydər Əliyev irəli sürüb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı cənab Prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə sərəncamı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
         

    Sonra tədbir bədii hissə ilə davam etdirilib. Uşaqlar bayrağımız haqqında şerlər söyləyib, mahnılar oxuyublar.

    Sonda müəllim və uşaqlar birlikdə dövlət bayrağı ilə yürüş ediblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər