“Vafi's Heaven-2” uşaq bağçasında Zəfər Günü keçirildi - VİDEO

“Vafi's Heaven-2” uşaq bağçasında Zəfər Günü keçirildi - VİDEO
  • Olay

  • Vafi's Heaven-2” uşaq bağçasında Zəfər Günü münasibətiylə ilə bayram tədbiri keçirilib.

    Asiya.az xəbər verir ki, tədbir vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutu ilə başlayıb.

    Bayram tədbiri Ulu Öndər Heydər Əliyevin "Ata vəsiyyəti" adlı kəlamı ilə açılıb.

    Bağçanın müdiri Aynur Məmmədova bağçanın uşaqlarına və qonaqlara İkinci Qarabağ Müharibəsinin qısa tarixcəsini məruzə edib. O, vurğulayıb ki, tədbirin məqsədi körpələrə Vətən sevgisini aşılamaq, Vətənə laiqli övladlar olmalarını təbliğ etməkdir. 

    Bayram tədbiri pedaqoji heyət tərəfindən xüsusi olaraq qurulmuş proqram çərçivəsində uşaqların çıxışları ilə davam edib. Uşaqların səhnəyə çıxaraq vətənpərvər ruhda oxunan şeirləri, mahnıları və rəqsləri qonaqlara nümayiş olunub.

    İnstegram: Vafi's Heaven-2
     
    PAYLAŞ:

    Oxşar xəbərlər