MTK RƏHBƏRİNƏ SAHİBİ OLDUĞU BİNADA BELƏ LƏNƏT OXUDULAR – FOTO

MTK RƏHBƏRİNƏ SAHİBİ OLDUĞU BİNADA BELƏ LƏNƏT OXUDULAR – FOTO
  • Sosial / Araşdırma

  • Bakıda bir mənzili bir neçə şəxsə satdığına görə həbs edilən “Təbriz” MTK-nın rəhbərinin aldatdığı ailələrdən biri də şəhid ailəsidir.

    Tribuna. Az xəbər verir ki, bu barədə elə MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində inşa edilən çoxmərtəbəli binanın balkonundan asılmış lövhədə qeyd edilib.
    Belə ki, hazırda həbsdə olan MTK rəhbəri Hacıyev Nofəl Əhməd oğlu şəhid ailəsinin ondan aldığı mənzili 4 nəfərə də satıb.
    “Təbriz” MTK-ya məxsus həmin binada asılmış lövhədə belə qeyd edilib:
    “Şəhid ailəsinin evini 4 nəfərə satan Nofələ Allah lənət eləsin. “Təbriz” MTK Hacıyev Nofəl Əhməd oğlu (Bərdəli)”.
    Xatırladaq ki, sözügedən lövhə artıq neçə aydır ki, binadan asılıb.
    Nigar
    PAYLAŞ:

    Oxşar xəbərlər