Masallıda daha bir şöbə müdiri istefa ərizə yazdı - FOTO

Masallıda daha bir şöbə müdiri istefa ərizə yazdı - FOTO
  • Manşet / Cəmiyyət

  • Masallı Rayon İcra Hakimiyyətində daha bir şöbə müdiri – Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afəddin Kərimov işdən çıxmaq üçün ərizə yazıb.

    Asiya.az xəbər verir ki, Araz Əhmədov Rayon İcra Hakimiyyətinin başçısı təyin edildiyi 4 ay ərzində RİH-də 1-ci müavini, Memarlıq və tikinti şöbəsinin müdiri, eləcə də şəhər "mer"i, "jek" rəisi və bir neçə kənd ərazi nümayəndəsi öz ərizələri ilə tutduqları vəzifələrdən azad ediliblər. Həmin vəzifələrə hələ də kadr təyinatı olmayıb. 

    Məlumatlı mənbə Asiya.az-a bildirib ki, Afəddin Kərimov hazırda məzuniyyətdədir. O, 14 dekabr tarixində işə çıxacaq. Amma buna baxmayaraq həmin şöbənin məsləhətçi Maqsud Abiyev işində buraxdığı ciddi nöqsana görə şöbə müdiri RİH-ə gələrək işdən azad olunması üçün ərizə verib. Afəddin Kərimovun işdən azad edilib-edilməyəcəyinə Rayon İcra Hakimiyyətinin başçısı 14 dekabr tarixində qərar verəcək.
    Asiya.az yazıda adı keçən hər kəsin söz haqqını tanıyır.
    PAYLAŞ:

    Oxşar xəbərlər