Xətai rayonu 25 nömrəli məktəbdə şagirdlərə şiddət göstərilir - FOTO

Xətai rayonu 25 nömrəli məktəbdə şagirdlərə şiddət göstərilir - FOTO
  • Araşdırma / Olay

  • "O uşaqların yerinə özümüzü qoyub nə hisslər keçirdiklərini təsəvvür edə bilərikmi?" 

    Asiya.az
    xəbər verir ki, bu sözləri "Lütfen ictimailəşdirin" başlığı altında Pərvanə Rasim adlı sosial şəbəkə istifadəçisi öz facebook profilində paylaşıb.

    Pərvanə xanım övladına şiddət göstərən müəllimi barədə daha sonra yazır:

    "Bu şəkildəki uşaqlar Xətai rayonu ərazisində yerləşən 25 nömrəli məktəbin 1-ci sinif  şagirdləridir. Sol tərəfdə eşitdiyi təhqirlərdən sonra başını aşağı salıb dayanan qızımdır. 7 yaşının içindədir. Digər uşaqların üzünü valideynlərinin razılığını almağa fürsətim olmadığı üçün göstərməmişəm. Şəkil sinfin müəllimi Səidə Hüseynova tərəfindən çəkilib. İbrət olsun deyə valideyn qrupuna göndərilib. Şəklin sonunda müəllimə xanım qeyd edir ki, hər dəfə yazmayanları belə üsulla "məsuliyyətli" olmağı öyrədəcək. Uşaqları qaranlıq otağa salmaqla da hədələyib. Bu körpələrin "günahı" ev tapşırığının nə olduğunu bilmədiklərinə görə yazmaması olub. Buna görə də xeyli danlandıqdan sonra 45 dəqiqə qışın bu oğlan çağında hələ də istilik olmayan sinifdə, küncdə dayanmağa məcbur edilərək, digər dərslərin izahında iştirak etməkdən məhrum ediliblər.  Normalda uşaqlar təbii ehtiyaclarını ödəmək istəyəndə belə Səidə xanımın xoşuna gəlmir. Çox vaxt icazə vermir.
     
    Həmçinin dəfələrlə uşaqlara fiziki və psixoloji şiddət göstərib. Buna görə məktəb rəhbərliyinə dəfələrlə şikayət edilib. Şəxsən özüm buna görə müəllimə və məktəbin psixoloqu ilə dəfələrlə danışmışam. Lakin məktəbin direktoru Fəridə Şərifova həm istiliklə  bağlı müraciətlərə, həm də Səidə Hüseynovanın uşaqlara qarşı kobud və qəddar davranışlarına əhəmiyyət verməyib. Bundan öncə qızımın hazırlıq dönəmində həmin məktəbin digər müəllimi Aygün Məmmədova da qızıma dəfələrlə psixoloji şiddət göstərib. Uşaq ağlayıb gecələr qorxudan yerini isladırdı ki, "müəllimədən qorxuram, ona de, üstümə qışqırmasın". Artıq orda nə baş verirdisə bilmirəm. Etirazımı şifahi şəkildə Aygün Məmmədovaya  bildirəndə, "mənə ağıl öyrədəcəksən? Özüm bilərəm necə davranaram" - dedi. 
    Məsələ ilə bağlı dəfələrlə yazılı və şifahi şəkildə Təhsil Nazirliyinə, Cəsarət Valehova müraciət etsəm də heç bir reaksiya almadım. Sonra mənim xəbərim olmadan uşağı sinifdən çıxarıb həmin bu Səidə Hüseynovanın qrupuna qoyublar. Necə deyərlər yağışdan çıxıb yağmura düşdük. Deyəcəksiz online sistemə necə valideynin xəbəri olmadan müdaxilə ola bilər? Ancaq mümkünmüş."


    Asiya.az xəbər portalı yazıda adları keçən hər kəsin, eləcə də Elm və Təhsil Nazirliyinin mövqeyini dərc etməyə hazırdır.

    PAYLAŞ:

    Oxşar xəbərlər