Qeyri-hökumət təşkilatları fəallarının və ölkə gəncliyinin keçirdiyi aksiya beynəlxalq miqyasda da maraqla qarşılanıb. Azərbaycan Beynəlxalq Biznes Parntyorları Klubu (BPC), meyvə-tərəvəz idxal-ixrac şirkəti – “Agromix” və Mediamark agentliyi ABŞ-ın mərkəzində Xankəndi-Laçın yolunda keçirilən aksiyaya dəstək məqsədilə təbliğat kampaniyası təşkil edib. Nyu-Yorkun mərkəzində, Times Meydanında təbliğat posterləri nümayiş olunub. Eyni zamanda ərazidən keçən əcnəbilərə təbliğat broşürlərı paylanıb. Posterdə və təbliğat broşürlarında Azərbaycan həqiqətləri amerikalıların diqqətinə çatdırılıb, Xankəndi-Laçın yolunda keçirilən aksiyanın məqsədləri öz əksini tapıb.
Mövzu ilə bağlı danışan Azərbaycan Beynəlxalq Biznes Parntyorları Klubunun (BPC) sədri və “Agromix” şirkətinin təsisçisi Gülpəri Bayramova bildirib ki, Xankəndi-Laçın yolunda vətəndaş cəmiyyəti təmsilçilərinin və gənclərimizin etiraz aksiyasına dəstək olmaq hər bir ölkə vətəndaşının borcudur: “Qərara gəldik ki, bunu daha fərqli formada həyata keçirək. ABŞ-da, Nyu-Yorkun mərkəzində “Qarabağ Azərbaycandır”, “Təbiəti Qoruyaq” şüarları ilə dəstək kampaniyası təşkil etdik”.
Gülpəri Bayramova bildirir ki, aksiyaya böyük ictimai maraq olub: “Gün ərzində milyonlarla insan poster və büroşurlar vasitəsilə Azərbaycan həqiqətləri, Rusiya sülhməramlı kontingentinin və Ermənistan hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı həyata keçirilən mənfur siyasəti barədə məlumatlar əldə ediblər” – xanım iş adamı vurğulayıb.