APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, gecə boyu ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndirilib.
Bundan başqa, aksiya iştirakçıları fləşmob təşkil edərək, yanan şamlarla “Stop eko terror” şüarı yazıblar.Şüarlarda Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələbi də irəli sürülüb.
Qeyd edək ki, dekabrın 12-də başlayan aksiyaya ictimai dəstək getdikcə artır.
Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər.