Bu il maaşlar nə qədər artırıla bilər? - AÇIQLAMA

Bu il maaşlar nə qədər artırıla bilər? - AÇIQLAMA
  • Sosial / Manşet

  • "2023-cü ildə ölkəmizdə inflyasiya səviyyəsinin ötən illə müqayisədə azalacağı proqnozlaşdırılır".
     
    Asiya.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov "Xəbər Ertəsi" verilişə deyib.
     
    Deputatın sözlərinə görə, 2022-ci ildə Rusiya və Ukrayna arasında başlayan müharibə qiymət artımını proqnozlaşdırılandan daha yüksək həddə çatdırdı.

    Azərbaycanda da inflyasiyanın bir rəqəmli olacağı gözlənilsə də, nəticədə bahalaşma 14 faizdən, bəzi məhsullarda hətta 19 faizdən yuxarı olub.
     
    Millət vəkilinin fikrincə, görülən ciddi tədbirlər sayəsində bu il vəziyyət normallaşa bilər:
     
    "2023-cü ildə 6,9 faiz inflyasiya proqnozlaşdırılır. Dünyanın bir sıra ölkələrində, xüsusən ABŞ-da 2022-ci ilə nisbətən qiymət artımında az fərq müşahidə edilir".
     
    Qeyd edək ki, hesablamalara görə, ilin ən yüksək inflyasiyası 2022-ci ildə qeydə alınıb.
     
    Daha ətraflı "XezerXeber"in süjetində:
    Mikayıl
     
    PAYLAŞ:

    Oxşar xəbərlər