"Quru cavab yox, çarə gözləyirəm" - jurnalist "Azercell"dən narazıdır

"Quru cavab yox, çarə gözləyirəm" - jurnalist "Azercell"dən narazıdır
  • Araşdırma / Sosial

  • "Hörmətli Azercell, 1 aydır ki, Rəsulzadə qəsəbəsində evdə şəbəkəniz yoxa çıxr."

    Asiya.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Elnurə Abuşova şəxsi facebook profilində paylaşıb.

    "Azərcell"in fəaliyyətindən narazı olan jurnalist yazır:

    "Optik internetimiz olmasa, bizimlə əlaqə mümkün deyil. Nə baş verir? Biz deyirik getdikcə insan ayağı dəyməyən yerlərdə mobil əlaqə mümkün olacaq, siz icra hakimiyyətinin binasından 5 dəqiqəlik yolu olan binaya şəbəkəni kəsirsiz? Bu, 1 aydı belə olur. Əvvəl heç bir problemimiz olmayıb. Quru cavab yox, çarə gözləyirəm.
    Hörmətlə 20 illik sadiq abonentiniz
    P.S. ekranın şəklini bura yerləşdirirəm. Hər iki nömrəm Azercell abunə nömrələrdir. 
    Qızımın telefonunda da eyni vəziyyət"
    PAYLAŞ:

    Oxşar xəbərlər