GÜRCÜSTAN TURİZMDƏN MİLYONLAR QAZANIR, AZƏRBAYCAN İSƏ QURU SƏRHƏDİNİ AÇMIR…

GÜRCÜSTAN TURİZMDƏN MİLYONLAR QAZANIR, AZƏRBAYCAN İSƏ QURU SƏRHƏDİNİ AÇMIR…
  • İqtisadiyyat / Araşdırma

  • 2022-ci ildə Gürcüstana 5,4 mln. xarici vətəndaş səfər edib, turizm gəlirləri 3,5 mlrd. dollara yaxın olub. 2022-ci ildə Azərbaycana isə 1,6 mln. xarici ölkə vətəndaşları səfər edib, keçən ildə ölkənin turizm gəlirləri, ən yaxşı halda 1,5 mlrd. dollar olacaq.

    Asiya.az-ın məlumatına görə, bu barədə danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Gürcüstana dünyanın 40-a yaxın avişirkəti uçur və ölkənin quru sərhədləri də açıqdır:

    “Azərbaycanda hava yolu ilə sərnişin daşımanın 90%-i AZAL və BUTA-nın payına düşür, quru sərhədlər də absurd bəhanələrlə bağlıdır.
    Gürcüstan hökuməti yaxın 5 ildə turist sayını 10 mln. nəfərə, bu sahədən gələn gəlirləri isə 8 mlrd. dollara çatdırmağı düşünür.
    Azərbaycan hökuməti də elan edib ki, 2026-cı ildə xaricdən ölkəyə gələn turist sayı 4 mln. nəfərə, xarici turistlərdən gələn gəlir isə 3 mlrd. dolları keçəcək.

    Gürcüstan hökuməti hədəflərinə çatmaq üçün ölkəni daha çox açmağı, qaydaları daha da sadələşdirməyi düşünür – məsələn, 2022-ci ildə ölkəyə 10 yeni avişirkət uçmağa başlayıb və 9 yeni istiqamət üzrə uçuşlar başlayıb. Bundan başqa, Gürcüstan hökuməti yaxın 5 ildə hər il turizmlə məşğul olan şirkətlərə və müxtəlif yeni inftrastruktur layihələrinə 250 mln. lariyə yaxın təşviq paketi ayıracağını elan etdi”.
    İqtisadçı bildirib ki, Azərbaycan hökumətinın 2026-cı illə bağlı planları ürəkaçan deyil. Çünki mövcud problemlərlə bağlı addım atılmır.

    PAYLAŞ:

    Oxşar xəbərlər