Biləsuvar rayonunda 2 Fevral– Gənclər Günü qeyd edildi - FOTOLAR

Biləsuvar rayonunda 2 Fevral– Gənclər Günü qeyd edildi - FOTOLAR
  • Cəmiyyət / CƏNUB

  • Biləsuvar rayonunda Gənclər Günü ilə əlaqədar bayram tədbir keçirildi.

    Asiya.az xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, millət vəkili Bəhruz Məhərrəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun aktiv gəncləri iştirak etdi. Tədbiri Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi çıxış nitqi ilə açaraq qonaqları salamladı, gəncləri bayram münasibəti ilə təbrik etdi. Dövlət gənclər siyasəti mahiyyəti və nəticələri barədə ətraflı məruzə etdi. Millət vəkili Bəhruz Məhərrəmov çıxış edərək ölkə başçısının gənclərə olan diqqət və qayğısından danışdı, biləsuvarlı gənclərin cəmiyyətin müxtəlif sferalarında uğurla addımladığını bildirdi. Daha sonra Gənclər Evinin direktoru Vəkil Cəfərov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin direktoru Təhminə Əliyeva, rayonun aktiv gənclərindən çıxış etdilər, dövlət gənclər siyasətinin gənclərə töhfələrindən geniş danışaraq rayon gənclərinin böyük uğurlarından bəhs etdilər. 

    Sonda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov təbrik çıxışı etdi, gənclərə xoş arzularını çatdırdı.
    Başçı bildirdi ki, ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə uğurlu mərhələdədir. Prezident İlham Əliyev tərəfindən qəbul edilən dövlət proqramları gənclərinin dinamik inkişafı, ictimai-siyasi fəallığı istiqamətində mühüm addımlardır. Bu yolda gəncləri daha da fəal olmağa, ölkəmizin inkişafına böyük töhfələr verməyə çağırış etdi və rayonumuzun ictimai-siyasi və gənclər siyasətinin həyata keçirilməsində fəallıq göstərmiş gənclərimizi Fəxri Fərmanla təltif etdi.





    PAYLAŞ:

    Oxşar xəbərlər