Türkiyəyə yardım üçün ikinci əl geyim və yataq dəstləri göndərmək olar? - RƏSMİ CAVAB

Türkiyəyə yardım üçün ikinci əl geyim və yataq dəstləri göndərmək olar? - RƏSMİ CAVAB
  • Sosial

  • Azərbaycan xalqı Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara yardımını davam etdirir. 

    BAKU.WS-in məlumatına görə, ötən gündən etibarən yardımlar Bakı şəhəri, Babək prospekti 27, "Doğtaş” mebel mağazasında toplanır. İnsanların gətirdikləri yardımlar işində ikinci əl əşyalar da var. Bu səbəbdən onlar arasında çaşqınlıq yaranıb. Görəsən ikinici əşyalar da yardım üçün yararlıdırmı?
    Məsələ ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyi ilə əlaqə saxladıq. Saytımıza bildirildi ki, ikinci əl əşyalar təmiz və istifadəyə yararlı olduğu halda qəbul edilir:

    "Bu prosesi Türkiyədəki azərbaycandakı bəzi toplu qurumlar həyata keçirir. Əgər istifadəyə yararlı və təmiz olarsa ikinci əl əşyaların aəbulu həyata keçirilə bilər. Lakin bəzən geyinilməyəcək və istifadəyə yararlı vəziyyətdə olan geyimlər də gətirilir".

    Mövzu ilə bağlı Türkiyəyə göndərilən yardım kompaniyasında iştirak edən "Nəfəs" ictimia birliyinin rəhbəri Nəsimi Paşayev saytımıza açıqlamasında bildirdi ki, gətitilən bütün yardımlar qəbul edilir. Yeni və köhnə geyimlər olmaqla ayrı-ayrı paketlərə yığılır:

    "Biz qeyri-qida məhsulları  qəbul edirik. Bizə gələn heç bir əşyanı geri qaytarmırıq. Biz Nəfəs ictimia birliyinin rəhbəri olaraq yeni geyimlər almışıq. Onları göndərəcəyik. Ötən gündən etibarən insanlar xeyli əşyalara gətiriblər. Onların içərisində yeni alınmış məhsullar da ikinci əl əşyalar da var. Bunların hamsını biz seçib səliqəli şəkildə  ayrı-ayrı paketlərə yığırıq. Yararsız vəziyyətdə olanları çıxarırıq".
    PAYLAŞ:

    Oxşar xəbərlər