Masallıda “Türkiyə - dərdiniz, dərdimizdir” adlı yardım aksiyası davam edir – VİDEO/FOTOLAR

Masallıda “Türkiyə - dərdiniz, dərdimizdir” adlı yardım aksiyası davam edir – VİDEO/FOTOLAR
  • Masallı / Manşet / Sosial

  • Masallı rayonunda “Türkiyə - dərdiniz, dərdimizdir” adlı yardım aksiyası bu gündə davam edib.


    Asiya.az xəbər verir ki, dünən olduğu kimi bu gündə rayon sahibkarları, ictimaiyyət nümayəndələri və sakinlər könüllü olaraq qardaş Türkiyə Respublikasında zəlzələdən əziyyət çəkənlər üçün isti geyimlər, qida məhsulları, elektrik generatorları və sobaları, eyni zamanda müxtəlif məbləğlərdə pul vəsaitlərini ianə etməkdən ötrü yaradılmış qərargahlara gətiriblər. 


    Ötən gün yola salınan 5 orta tutumlu yük maşınından sonra bu gün 1 iri tutumlu (TİR) yük maşını ilə toplanmış yardımlar Bakı şəhərinə yola salınıb.

    Aksiyanın rayon təşkilatçılarından olan sahibkar Ruslan Bağışov Asiya.az-a müsahibəsində bildirib ki, göndərilən məhsullardan daha çox paltar, ət konservaları, qatılaşdırılmış süd, quru çay, generator, istilik sobalarına daha çox təlabat var. 

    R.Bağışov aksiyanın davam edəcəyini bildirib.

     


    PAYLAŞ:

    Oxşar xəbərlər