Masallıda "DİN-də xidmətə və təhsilə təşviq" mövzularında şagirdlərlə görüş keçirilib

Masallıda "DİN-də xidmətə və təhsilə təşviq" mövzularında şagirdlərlə görüş keçirilib
  • Cəmiyyət / Manşet

  • Antinarkotik təbliğatı çərçivəsində Masallı rayonunun Mahmudavar kənd tam orta məktəbində “Narkomaniya və erkən nikahlara yox deyək!”, "DİN-də xidmətə və təhsilə təşviq" mövzularında şagirdlərlə görüş keçirilib. 

    Asiya.a
    z xəbər verir ki, çıxış edən Masallı RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elvin Əzimov əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə bu cür görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb və sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verib. 

    Sonra müzakirə olunan mövzular ətrafında çıxışlar dinlənilib və məktəblilərə narkomaniya, erkən nikahların ağır nəticələri, həmçinin DİN-in Polis akademiyasında kursantlar üçün yaradılmış şərait və tədris prosesi ilə bağlı videoçarxlar nümayiş olunub.

    PAYLAŞ:

    Oxşar xəbərlər