Masallıda külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlandı - FOTO

Masallıda külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlandı - FOTO
  • Masallı / Hadisə

  • Masallı rayonunda da 10 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Asiya.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Xəqani Əhədov və tanışı Məhəmmədbağır Abdullayev saxlanılıblar.

    Onlara məxsus idman çantasına keçirilən baxış zamanı oradan ayrı-ayrı bükümlərdə ümumilikdə 9 kiloqram 350 qram heroin və 1 kiloqrama yaxın metamfetamin və 1 ədəd bıçaq aşkarlanaraq götürülüb. 

    Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər