Ətraflı
Asiya.az APA-ya istinadən xəbər verir ki, ittiham olunan şəxslər cinayət işi üzrə dəymiş ziyanı tam ödəyiblər. Bu əsasla onların barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və azadlığa buraxılıblar.
Qeyd edək ki, polkovniklər - Rəşad Babayev və Şükür Səfərov DTX tərəfindən ötən ilin iyulunda keçirilən əməliyyatla həbs olunmuşdular. Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilmişdi