“Dəfinə” məktəb-liseyində nə baş verir? – Hansı siniflər bağlanacaq?

“Dəfinə” məktəb-liseyində nə baş verir? – Hansı siniflər bağlanacaq?
  • Masallı / Araşdırma / Sosial

  • Masallı şəhərində fəaliyyət göstərən “Dəfinə” məktəb-liseyində ibtidai siniflər 2023-2024-cü tədris ilindən ləğv ediləcək.

     

    Bu barədə Asiya.az-a valideyn şikayətləri daxil olub. İbtidai siniflərdə təhsil alan məktəblilərin valideyinləri Lənkəran-Astara Regional Təhsil idarəsinin bu addımının yanlış olduğunu bildirirlər. “Mənim iki uşağım bu məktəbdə təhsil alır. Hər ikisi müəllimlərinə bağlıdır, ona öyrəniblər. İbtidai siniflər bağlanırsa müəllimlər müxtəlif məktəblərdə işləməyə gedəcəklər. Bu isə uşaqlara psixoloji təsir edəcək” – deyə valideyn bildirib. 

     

     

    Asiya.az-ın əməkdaşı məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil idarəsinin Masallı rayon sektorunun müdiri Qoşqar Hətəmovla əlaqə saxlayıb. Sektor müdiri məktəb-liseydə ibtidai siniflərin bağlanacaq xəbərinin doğru olduğunu təsdiqləyib. O, bildirib ki, bu vaxta kimi təhsil ocağı “məktəb-lisey” kimi fəaliyyət göstərirdi. Bundan sonra isə “lisey” kimi fəaliyətini davam etdirəcək. Liseyin əsasnaməsinə görə orada ibtidai siniflər olmamalıdır. Bu səbəbdən ibtidai siniflər digər şəhər məktəblərinə köçürüləcək.

    PAYLAŞ:

    Oxşar xəbərlər