"WhatsApp"dan istifadəçiləri sevindirəcək YENİLİK

"WhatsApp"dan istifadəçiləri sevindirəcək YENİLİK
  • Maraqlı

  • "WhatsApp" yeni "bağlanan söhbət" funksiyasını təqdim edib.

    Yenilik barədə mesencerin rəsmi bloqunda məlumat verilir.

    Funksiya şəxsi yazışmaları parol və ya biometrik məlumatlarla qorumağa və dialoqları əsas ekrandan ayrıca qovluğa köçürməyə imkan verir.

    Daha sonra söhbəti açmaq üçün parol və ya barmaq izi kimi biometrik məlumatlar tələb olunur.

    Bundan əlavə, şəxsi söhbətlərdən gələn mesajlar avtomatik olaraq bildirişlərdə gizlənəcək.
    Şəxsi söhbətləri ekranda görünən etmək üçün barmağınızı onun üzərində yavaş-yavaş sürüşdürməli, parol və ya biometrik məlumat daxil etməlisiniz.

    Söhbəti bağlamaq üçün yazışmada həmsöhbətin və ya qrupun adının üzərinə vurmalı, sonra istənilən seçim edilməlidir.

    Funksiya artıq bir sıra istifadəçilər üçün əlçatandır. ///Baku.ws
     

     
    PAYLAŞ:

    Oxşar xəbərlər