22-05-2023, 16:48
819
Araşdırma / Siyasət
Polkovnik Azər Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini təyin edilib.
Asiya.az qafqazinfo-ya istinadən xəbər verir ki, Azər Məmmədov 1987-90-cı illərdə Azərbaycanın daxili işlər naziri olmuş tanınmış dövlət xadimi Aydın Məmmədovun oğludur.
1969-cu il təvəllüdlü A.Məmmədov uzun müddət polis orqanlarında xidmət edib. Onun son iş yeri isə Daxili İşlər Nazirliyində Daxili Təhqiqat İdarəsinin rəis müavini vəzifəsi olub.