"Bəzi şərəfsiz və namussuzların pis oyunlarına görə, atamı vətənimdə torpağa tapşıra bilməyəcəm" - Mübariz Mənsimov

"Bəzi şərəfsiz və namussuzların pis oyunlarına görə, atamı vətənimdə torpağa tapşıra bilməyəcəm" - Mübariz Mənsimov
  • ---

  • Atası vəfat edən “Palmali” Şirkətlər Qrupunun sahibi, xeyriyyəçi, iş adamı Mübariz Mənsimov bu barədə paylaşım edib. 

    Asiya.az Mübariz Mənsimovun paylaşımını təqdim edir:

    "ATAmı itirdim. Bir az əvvəl ATAM dünyasını dəyişdi. Bu gün taleyimə ATAmı itirəcəyim gün kimi yazılmalı imiş. Bu ağrının nə olduğunu, necə olduğunu sözlə anlatmaq qeyri-mümkündür və mən o fikri də heç yaxına buraxmırdım ki, hansısa bir gündə mən də ATA boyda bir dünyadan məhrum olacam. Sənə dağ demirəm, dünya demirəm, çünki SƏN əllərinin qabarı, üzünün nuru, nəfəsinin istisi, müdrik məsləhətlərinlə bunlardan böyük idin. Ən çətin anlarımda mənə dayaq, mənim dirəyim idin. Bu gün mən SƏNİ itirdim ATA.

    Allah sənə rəhmət eləsin! Allah qəbrini nuru ilə şərəfləndirsin. 

    Bəzi şərəfsiz və namussuzların pis oyunlarına görə, atamı vətənimdə torpağa tapşıra bilməyəcəm. Çünki İstanbuldan çıxmamaqla bağlı məhkəmə qərarı qüvvədədir. İnanıram ki, mən orada olmasam da, siz mənim atamı tək qoymayacaqsınız. Bunu heç vaxt unutmayacağam."

    Atam oğlu yanında olmadan torpağa veriləcək. Haqqını halal et, ATA!
    PAYLAŞ:

    Oxşar xəbərlər