Asiya.az xəbər verir ki, ümumi uzunluğu 38 km olan avtomobil yollarının eni 10 metrə qədər genişləndirilir.
Yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Yolun Ləngan (1.4 km), Əhmədli (1.4 km), Təklə-Mollahəsənli (2 km), Qədirli-Xallıcalı (3 km), Həsənli-Köçəkli (6.9) və Hüseynhacılı-Öncəqala (9 km) hissələri üzrə torpaq işləri, suötürücü boruların quraşdırlıması, yol əsasının tikintisi və ikiqat yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunaraq yekunlaşdırılıb.
Hazırda sözügedən hissələrdə yol çiyinlərinin bərkidilməsi işləri aparılır.
Layihənin Təklə-Viləş hissəsində Viləş, Taxta və Ağqobu çayları üzərində yerləşən mövcud avtomobil körpülərinin cari təmiri həyata keçirilib.
Yolun Təklə-Viləş (9 km) hissəsində də sadalanan işlər yerinə yetirilib, artıq yolun 3.8 km-lik hissəsinə ikiqat asfalt örtüyü döşənib.
Layihənin Bala-Təklə-Şərəfə (5.3 km) hissəsində isə hazırda yararsız asfalt örtüyün frezlənməsi işləri aparılır.
Sonda avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
YOLUNUZ AÇIQ OLSUN..