
Asiya.az xəbər verir ki, tədbiri giriş sözü ilə birliyin sədri Tünzalə Qardaşova açıb. İştirakçıları salamlayan T.Qardaşova layihənin donoru və məqsədləri haqqında məlumat verib. O bildirib ki, layihə Masallı, Biləsuvar və Astara şəhərlərində keçiriləcəkdir.
Layihənin eksperti Əntiqə xanım Qurbanova çıxış edərək radikalizm haqqında ətraflı məlumat verib.
İştirakçılarla fikir mübadiləsi aparılmış və təkliflər dinlənilmişdir.



