Anar İsgəndərov Masallı rayonunun Çayqıraq kəndində seçicilərlə görüşdü - FOTOLAR

Anar İsgəndərov Masallı rayonunun Çayqıraq kəndində seçicilərlə görüşdü - FOTOLAR
  • Masallı / Sosial

  • 2023-ci il avqustun 24-də Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Anar İsgəndərov Masallı rayonunun Çayqıraq kəndində vətəndaşlarla səyyar-görüş keçirdi.
           
    Asiya.az xəbər verir ki, Çayqıraq kəndi Bədəlan ərazi nümayəndəliyinə daxil olan kənddir. Kənd bu gün də öz ziyalıları və iş adamları ilə fəxr edir. Çayqıraq orta məktəbinin müəllimləri şagirdlərini Vətənə məhəbbət ruhunda tərbiyə olunmasında böyük zəhməti olub. Bədəlan ərazi nümayəndəliyi Qarabağ döyüşlərində doqquz nəfər şəhid verib, bu şəhidlərin üçü Çayqıraq kəndində dünyaya göz açıb. Kənddə şəhidlərə böyük  ehtiram var. Bu işdə Bədəlanda, o cümlədən Çayqıraq kəndində  doğulan iş adamlarının böyük zəhməti vardır. Şəhidlər ölməzdir.
         
    Səyyar görüş başlanana qədər Milli Məclisin deputatı, prof.Anar İsgəndərov və qəbulun iştirakçıları Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidəni ziyarət etdilər.
       
    Görüş Çayqıraq orta məktəbində təşkil olunmuşdu. Məktəbin səliqəsi və fənn kabinələrinin şəhidlərin adını daşımasını hamı razılıqla qarşıladı. Dövlətin kənd camaatına, o cümlədən şahid və qazi ailələrinə göstərdiyi diqqət xüsusi qeyd olundu. Bu gün kəndin su, qaz, işıq problemləri yoxdur. Kənd camaatını narahat edən bir çox məsələlər  yerində həll olundu, bir çox məsələlər isə qeydə alınaraq əlaqədar təşkilatlar qarşısında qaldırılacağı bildirildi.
           
    Çayqıraq kəndində görüş hamının ürəyincə oldu. Səyyar görüş iştirakçıların xatirə foto çəkilişi ilə başa çatdı.










    PAYLAŞ:

    Oxşar xəbərlər