Millət vəkili Masallı rayonunun Tüklə kəndində seçicilərlə görüşdü - FOTOLAR

Millət vəkili Masallı rayonunun Tüklə kəndində seçicilərlə görüşdü - FOTOLAR
  • Masallı / Sosial

  • Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Anar İsgəndərov Masallı rayonunun, Tüklə kəndində vətəndaşlarla səyyar-görüş keçirib.
           
    Tüklə kəndi rayonun ən səfalı kəndlərindən biridir. Sovet dönəmində rayonun pioner düşərgəsi burda yerləşirdi. Kənd bu gün də öz ziyalıları və iş adamları ilə fəxr edir. Tüklə orta məktəbinin müəllimləri şagirdlərini Vətənə məhəbbət ruhunda tərbiyə olunmasında birincilər sırasında yer tutur. Bu kənd Birinci və İkinci Qarabağ müharibəsində  on bir nəfər şəhid verib. Kənddə şəhidlərə böyük  ehtiram var.Bu işdə Tüklədə doğulan iş adamlarının böyük zəhməti vardır. Şəhidlər ölməzdir.
         
    Səyyar görüş başlanana qədər Milli Məclisin deputatı, prof.Anar İsgəndərov və səyyar qəbulun iştirakçıları kənd qəbristanlığında uyuyan şəhid məzarlarını və Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidəni ziyarət etdilər.
     
    İki saata qədər davam edən görüşdə dövlətin kənd camaatına, o cümlədən şahid və qazi ailələrinə göstərdiyi diqqət xüsusi qeyd olundu. Bu gün kəndin su, qaz, işıq problemləri yoxdur.         
    Keçən il avqustun 22-də baş tutan görüşdən sonra seçicilərin deputatın nəzərinə çatdırdığı əksər məsələlər öz həllini tapıb. Amma kənd məktəbinin tikintisi, elektrik dirəklərinin yeniləri ilə əvəz edilməsi, Tüklə-Məmmədoba (təqribən bir km.) yolunun asfaltlanması, Məmmədoba kəndindəki məscidə qazın verilməsi məsələləri müzakirə olundu. Kənd camaatını narahat edən bir çox məsələlər  yerində həll olundu. Keçən il kəndin mərkəzindən keçən çay dağdan gələn daş və kəsəklərlə dolduğundan ondan istifadə etməkdə çətinliklər dilə gətirilmişdi Bu məsələ yüksək səviyyədə həllini tapmışdı. Seçicilər bu il də təkrar çayın məcrasının təmizlənməsini xahiş etdilər.Bu məsələ də yaxın günlərdə həllini tapacaqdır.
           
    Şəhid ailəsinə tikilən evlə bağlı kənddən olan iş adamları ilə baş tutan görüş yaddaqalan oldu. Millət vəkili əslən Tüklədən olan iş adamları ilə telefon əlaqəsindən sonra belə qərara alındı ki, şəhid ailəsinə nəzərdə tutulan ev vaxtında istifadəyə veriləcək və evin şəhid ailəsinə təqdimatında əməyi keçən iş adamları da iştirak edəcəklər. Tüklə kəndində görüş hamının ürəyincə oldu.












    PAYLAŞ:

    Oxşar xəbərlər