Lənkəranda ləngərləyən mənəviyyat - "Dəniz Bulvar" restoranının sahibindən şikayət

Lənkəranda ləngərləyən mənəviyyat - "Dəniz Bulvar" restoranının sahibindən şikayət
  • Lənkəran / Araşdırma / Sosial

  • Bu gün bir sıra dünya dövlətləri arasında Azərbaycan Respublikasının adı xüsusi diqqət və maraqla qarşılanır.
    İstər tariximizlə, istər yüksək mədəni və əxlaqi dəyərlərimizə, istərsə də böyüyə, qadına, qıza, uşağa olan xüsusi münasibətinizə görə bir sıra millətlər arasında nümunə olmuşduq.
    Əminəm ki, bu fikir coxunuzda ikrah və kinayə dolu gülüş hissi yaratdı. Çünki, son zamanlar nə əxlaqi dəyərlərimiz, nə böyük-kiçik münasibətimiz, nə də qız-gəlin həyası qalmayıb. 

    Redaksiyamıza müraciət edən Lənkəran rayon sakini Tağızadə Şəbnəm Namiq qızı 30 iyul 2023-cü il tarixində Lənkəran şəhərində anası ilə birlikdə bir qrup insanlar tərəfindən mənəvi və fiziki zorakılığa məruz qaldıqlarını bildirib.
    Şəbnəm Tağızadə bildirir ki, qeyd olunan tarixdə, axşam saatlarında anası ilə birlikdə gəzintidən evinə dönən zaman Lənkəran şəhərində fəaliyyət göstərən "Dəniz Bulvar" restoranında əylənən bir dəstə qadın yoldan ötənləri xoşagəlməz ifadələrlə təhqir edib, zövq alılrlarnış. 
    Həmin zaman Şəbnəm anası ilə Dəniz Bulvar"ın ərköyün qonaqlarının yanından, yəni piyadalar üçün nəzərdə tutulmuş səkidən keçir. Əylənməyə mövzu tapa bilməyən qadınlar, ana ilə qıza "əxlaqsız" və bu kimi çirkin ifadələrlə dolu xoşagəlməz kəlmələri sərf etməkdən çəkinmirlər. Təbii ki, təhqir olunmalarına biganə qala bilməyən Şəbnəm Tağızadə və anası, bəhs etdiyimiz bir qrup qadınla insident yaşayır.
    Hadisədən iki gün sonra ana ilə qız "Dəniz Bulvar" restoranının rəhbəri kimi özünü tanıdan Pərviz adlı şəxs Şəbnəm Tağızadə və anasına restoranında yaşanan hadisə ilə bağlı üzrxahlıq etmək yerinə, daha da qorxunc və əxlaqsız davranış sərgiləyir.

    Pərviz adlı şəxs qadınlara bildirir ki, restoranda əylənən və onlara sataşan bir qrup qadınlar onun əmisi qızları olublar. Etdikləri hərəkətləri və sizə siylədikləri "əxlaqsız" ifadəsini çox doğru edib söyləyiblər. Hətta  mən də sizə "əxlaqsizsiniz" deyirəm. Hadisə əsnasında qadınlara belə əl qaldırmaqdan çəkinməyən Pərviz adlı "igid" Şəbnəm Tağızadənin bilək nahiyəsinə zədə yetirmiş, mobil telefonunu əlindən almağa cəhd etmişdir.
    Bir sözlə, iki qadına qarşı əsl "kişilik" gücünü göstərmək imkanı fürsətini tapmışkən, meydan sulamağı qəhrəmanlıq hesab edib.
    Halbuki, Lənkəranın gəlib keçmiş dəyərli oğulları qadın -qız yanında baş qaldırmağı, səs ucaltmagı ədəbsizlik hesab ediblər. 
    Atalarından duyduqları hər bir öyüd -nəsiəətdə, qadına hörmət göstərmələri önə çəkilib.
    Ana-balanın başına gələn bu nalayiq olaydan sonra, qeyrətli Lənkəran xanlarının yaşadıqları məkanda Pərviz kimi naqislərin varlığı, həqiqətən də ürək ağrısı yaradır.
    Lənkaran oğulları xalqın namusu ələ düşməsin deyə düşünmədən öz canlarından keçiblər. Bəs Pərviz niyə bunu unudub, başını qadın davasına soxdu?
    Artıq bunun cavabını dəyərli, qeyrətli Lənkəran kişilərinə buraxacaq, daha doğru olar.
    Tərifə Maqsudova
    Asiya.az olaraq qarşı tərəfin də söz haqqını tanıyırıq.
    PAYLAŞ:

    Oxşar xəbərlər