Məşkur Qasımov üçün əlamətdar gün - VİDEO

Məşkur Qasımov üçün əlamətdar gün - VİDEO
  • Masallı / Araşdırma

  • Bu gün müxtəlif sahələrdə uğura imza atan, xarici ölkədə yaşayıb, fəaliyyət göstərməsinə baxmayaraq, daim ürəyi Azərbaycanla döyünən tanınmış iş adamı, messenant, ictimai xadim Məşkur Qasımovun 65 illik yubileyidir.

    Məşkur Şükür oğlu Qasımov 1 oktyabr 1958-ci ildə Masallı rayonunun Ərkivan kəndində dünyaya göz açıb. İdman sahəsində peşəkar mütəxəssis, SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Rusiya Federasiyasının Əməkdar məşqçisi, Rusiyanın Şimal-Qərb dairəsi üzrə Güləş Federasiyasının prezidentidir.

    Eləcə də Azərbaycan diasporunun Rusiyada uğurlu işini, inkişafını Məşkur müəllimsiz təsəvvür etmək mümkün deyil. O, Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti azərbaycanlıları Milli Mədəni Muxtariyyəti Cəmiyyəti sədrinin birinci müvinidir. 

    Rusiya Federasiyasının Prezidenti tərəfindən Sank-Peterburqun 300 illik yubileyi medalı, Şəhər ictimayətinin fəal iştirakına görə qubernator Matvienko, Qubernator Poltavçenko, Qubernator Beqlov diplomu ilə təltif edilib.

    2003-cü ildə Ümumdünya Forumu "Viləş" şirkətlər qrupunun baş direktoru Məşkur Qamısmovu "Rusiya iqtisadiyyatının lideri" medalı və diplomu ilə təltif edib. 

    Məşkur Qasımov Dünya Azərbaycanlıları I və II Qurultayının nümayəndəsidir.

    "İctimai Rəy" Araşdırmalar Mərkəzinin 2012- ci ildə keçirdiyi rəy sorğusuna görə Azərbaycan həqiqətlərini xarici ölkələrdə təbliğinəki xidmətlərinə görə, "İlin vətənpərvəri" naminasiyasının qalibi olub. 

    Asiya.az xəbər portalı olaraq Məşkur Qasımovu təbrik edir, ona uzun, sağlam ömür arzu edirik.

    Xəbər portalımızın bu ilin may ayında Məşkur müəllimdən götürdüyü müsahibəni təqdim edirik:

     
    PAYLAŞ:

    Oxşar xəbərlər