Masallıda “Korrupsiyaya qarşı mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib - FOTOLAR

Masallıda “Korrupsiyaya qarşı mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilib - FOTOLAR
  • Masallı / Sosial

  • Dekabr ayının 28-də Masallı şəhər Gənclər evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin, Ombudsman Cənub Regional Mərkəzinin və Lənkəran-Astara regional Gənclər və İdman idarəsinin Masallı rayonu üzrə sektorunun təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq “Korrupsiyaya qarşı mübarizədə maarifləndirmənin rolu” mövzusunda tədbir keçirilmişdir.

    Asiya.az xəbər verir ki, tədbirdə DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Ombudsman Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran-Astara regional Gənclər və İdman idarəsinin Masallı rayonu üzrə sektorunun müdiri Sabiq Cahangirov, Masallı rayon Ağsaqqallar Şurasının üzvü Fəxrəddin Talıbzadə, Masallı rayon Gənclər Evinin direktoru Fuad Mənsimov, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

    Tədbirdə natiqlər bildirdirlər ki, Korrupsiyaya qarşı mübarizə ilə bağlı ölkəmizdə məqsədyönlü tədbirlər intensiv xarakter alıb, bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Şübhəsiz ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin istənilən effekti verməsi, yaxud əldə olunan nəticələrin davamlılığı ictimaiyyətin dəstəyi olmadan mümkün deyil. Çünki neqativ halların baş verməsində cəmiyyətin də üzərinə müəyyən məsuliyyət düşür və bu səbəbdən də vətəndaşlar sözügedən məsələdə öz qəti mövqeyini ortaya qoymalı, hüquq və vəzifələrini bilməli, neqativ hallarla mübarizədə ictimai nəzarət funksiyasını yerinə yetirməlidirlər.

    Sonda iştirakçıların sualları cavablandırılmışdır.



    PAYLAŞ:

    Oxşar xəbərlər