Cəlilabadda yol qəzasında 3 nəfər xəsarət alıb

Cəlilabadda yol qəzasında 3 nəfər xəsarət alıb
  • Cəlilabad / Hadisə

  • Cəlilabad rayonunda ağır yol nəqliyyat qəzası baş verib. 

    Asiya.az-ın məlumatına görə, hadisə Cəlilabad şəhərində Silsilə deyilən ərazidə qeydə alınıb. 

    Belə ki, "Pajero" markalı minik avtomobili ilə "VAZ 2107" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 3 nəfər rayon sakini, 1992-ci il təvəllüdlü Elxan Quluzadə, 1991-ci il təvəllüdlü Orxan Hüseynzadə və 1995-ci il təvəllüdlü Əsgər Quliyev xəsarət alıb. 

    Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər