Tanınmış xanəndə Ruzə İbişovanın doğum günüdür

Tanınmış xanəndə  Ruzə İbişovanın doğum günüdür
  • Mədəniyyət

  • Azərbaycan xanəndəlik məktəbinin adlı-sanlı ifaçıları sırasında layiqli yer tutan, xalq musiqisi və muğam ifaçılığında özünəməxsus dəst-xəttə, məlahətli səsə, şaqraq zənguləyə malik olan, ifası ilə ruha dinclik gətirən xanəndə, Respublikanın Əməkdar artisti Ruzə xanım İbişovanın bu gün doğum günüdür.
    Ətirli bahar günündə - martın 10-da Ağdaşın Ləki qəsəbəsində dünyaya göz açan Ruzə xanım ilk ifaçılıq imtahanını 1984-cü ildə Ağdaş rayonunda keçirilən Yeniyetmələrin Respublika Baxış Müsabiqəsinə qatılaraq dahi musiqiçi Niyazinin sədri olduğu münsiflər heyəti qarşısında verib. Bu, onun gələcək sənət fəaliyyətinə uğurlu keçid mərhələsi olmaqla yanaşı, həm də həyatını istiqamətləndirən ən parlaq bir gün olub. Sonralar muğam sənətinin incəliklərini Asəf Zeynallı adına Musiqi Məktəbində peşəkar muğam bilicisi,Əməkdar müəllim Nəriman Əliyev və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) xanəndə,Xalq artisti İslam Rzayevdən alaraq mükəmməl xanəndə kimi yetişmişdir. O, yeganə xanım xanəndədir ki, muğam dəstgahlarını ("Humayun", "Bayatı-Şiraz", "Bayatı-kürd", "Şur", "Mahur-hindi", "Mizə Hüseyn segahı", "Cahargah", "Xaric segah"), həmçinin "Kəsmə şikəstə", "Heyratı" zərb muğamları, iki yüzə yaxın xalq və bəstəkar mahnılarını ifa etmişdir və bütün bunlar Azərbagcan Televiziya və Radiosunun Fondunda saxlanılır.
    İfası ilə könülləri oxşayan, qəlbi riqqətləndirən Ruzə xanım uzun illərdir ki, bilik və bacarığını baş müəllim kimi çalışdığı mədəniyyət ocağında – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muğam sənəti kafedrasında - tələbələrinə aşılamaqla muğam ifaçılığına, ümumən isə mədəniyyətimizə böyük töhfə verməkdədir
    Ruzə xanım Azərbaycan müğamlarının tarixi, klassik muğam ifaçılarının yaradıçılığına həsr olunmuş məqalələrlə "Xalq qəzeti", "Mədəniyyət", "Palitra", "Azad Azərbaycan" "Azərbaycan müəllimi"və başqa qəzetlərdə müntəzəm çıxış edir,
    Umummilli liderHeydər Əliyevin xatirəsinə ithaf etdiyi "Əbədiyyət notları" kitabının kitabının müəllifidir.
    Dördüncü Televiziya muğam müsabiqəsinin "ən çox tamaşaçı rəğbəti qazanan işrirakçısı" Ayşən Mehtiyeva,həmçinin  altıncı Televiziya və Beynəlxalq  muğam müsabiqələrində birinci yerə layiq layiq görülmüş Pərviz Qasımov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Ruzə İbişovanın sinfində muğamımızın sirrlərinə yiyələnib.
    Bu gözəl gün münasibətilə dəyərli sənətkarımızı təbrik edir, ona yeni yaradıcılıq uğurları, sağlam və bərəkətli ömür arzulayırıq.
    Xalqımızın tükənməz mənəvi sərvətini - muğamatımızı yaşatmaq üçün yaşayın və yaradın, sevimli sənətkarımız Ruzə xanım!
    Doğum gününüz mübarək olsun!
    Ayiq SƏMƏDOV
    PAYLAŞ:

    Oxşar xəbərlər