Lənkəranda arvadına və özünə xəsarət yetirən şəxs təcridxanada öldü

Lənkəranda arvadına və özünə xəsarət yetirən şəxs təcridxanada öldü
  • Lənkəran / Sosial

  • Lənkəranda, 10 gün bundan əvvəl arvadını baltalayıb, sonra özünə xəsarət yetirən şəxs ölüb.

    Asiya.az-ın cənub bürosunun verdiyi məlumata görə hadisə 05.03.2024 - cü il tarixində Lənkəran rayonunun Mamusta kəndində baş vermişdi. Kənd sakini 1955-ci il təvəllüdlü Şahəddin Bayram oğlu Məlikov əvvəlcə həyat yoldaşı, 1952-ci il təvəllüdlü Xanımqız Həsən qızı Məlikovaya balta ilə, sonra özünə bıçaqla xəsarət yetirmişdi. Həmin günü hadisəni törədən Ş.Məlikov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. 
    Onun bu gün saxlanıldığı təcridxanada öldüyü bildirilir.
    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər