“Bank of Baku”ya yaxınlaşan müştərini peşman etdilər – Şikayət

“Bank of Baku”ya yaxınlaşan müştərini peşman etdilər – Şikayət
  • İqtisadiyyat / Araşdırma

  • “Bank of Baku”ya manatı dollara çevirmək üçün müraciət edən müştərini peşman ediblər.

    Asiya.az yazır ki, bu problemlə Azərbaycanda daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşı Əfqan İsmayılov üzləşib. O bildirib ki, bir prosesə görə bankda 2 saatdan çox vaxtını alıblar, üstəlik heç bir nəticəsi də olmayıb:

    “Valyuta mubadiləsi üçün (dollar almaq) “Bank of Baku”nun Həzi Aslanov filialına yaxınlaşmışam. Məbləğ 500-dən çox olduğu üçün və xarici vətəndaş olduğum üçün (daimi yaşama icazəm var) əməliyyatın mümkün olmadığını, yalnız bankda hesab açarsam mümkün olduğunu söylədilər. Növbə götürdüm, 30 dəqiqə sonra növbə gəldi, uzun sürən müzakirədən sonra bildirdilər ki, bizdə proses çox uzundu, biz ora yazmalıyıq, bura yazmalıyıq, proses 2 saat çəkə bilər.

    Sadəcə pul dəyişmək üçün bu qədər bürokratiya?
    Daha sonra yaxınlıqda olan digər banka yaxınlaşdım. 30 dəqiqə gözlətmədən, ora bura yazmadan 5 dəqiqə içində yola saldılar.
    Sual yaranır, “Bank of Baku” digər banklardan fərqli olaraq xüsusi nə edir ki, prosesi bu qədər uzadır?”.

    Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
    PAYLAŞ:

    Oxşar xəbərlər