10 yaşlı məktəbli qəzzalı uşaqlar üçün 8 min funt sterlinq topladı

10 yaşlı məktəbli qəzzalı uşaqlar üçün 8 min funt sterlinq topladı
  • Sosial

  • İngiltərədə 10 yaşlı məktəbli Amaya Rəhman başladığı yardım kampaniyası ilə Qəzzalı uşaqlar üçün 8 min funt sterlinq ianə toplayıb.

    Asiya.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Londondakı məktəbdə təhsil alan 10 yaşlı Amaya və atası Weybudur Rəhman ötən ilin noyabrında İsrailin hücumlarına məruz qalan Qəzzada evlərindən didərgin düşmüş uşaqlar üçün başladılan yardım kampaniyasından danışıblar.

    Qəzzada baş verənlərdən sonra oradaki uşaqlara yardım etmək qərarına gəldiyini deyən 10 yaşlı qız başlatdığı kampaniya haqda bunları deyib: "Qəzzada baş verənlərdən sonra nə edə biləcəyimi düşünərək məktəb direktorumla danışmağa getdim. Bunu təşkil etməkdə mənə kömək edən məktəb direktorum olub və onun köməyi olmasaydı, mən bu gün burada da olmazdım".

    İlk hədəfinin 6 min lirə toplamaq olduğunu bildirən Amaya, "(Keçən) noyabrın ən soyuq gecəsində Qəzzada uşaqlar üçün pul yığmaq üçün məktəbimizin bağçasında yatdıq və 8 min lirədən bir qədər çox pul yığdıq" deyə davam edib.

    Böyük Britaniyada yerləşən "Save The Children" beynəlxalq qeyri-hökumət təşkilatının rəsmilərinin onunla görüşdüyünü ifadə edən Amaya bunları deyib: "Yığdığımız pulun Qəzzada uşaqlar üçün təhlükəsiz yer təmin etmək üçün kifayət etdiyini söylədilər. Bütün pullar ora köçürüləcək”.
    Gülay
    PAYLAŞ:

    Oxşar xəbərlər