Lənkəranda “Gənc nəsli narkomaniyadan qoruyaq!” devizi altında tədbir keçirildi

Lənkəranda “Gənc nəsli narkomaniyadan qoruyaq!” devizi altında tədbir keçirildi
  • Lənkəran / Sosial

  • “Gənc nəsli narkomaniyadan qoruyaq!” devizi altında keçirilən antinarkotik təbliğatı çərçivəsində növbəti maarifləndirici görüş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 5 nömrəli tam orta məktəbdə təşkil olunub.

    Asiya.az
    xəbər verir ki, tədbir iştirakçıları Vətən müharibəsi şəhidi Samir Allahverdiyevin xatirə lövhəsinin önünə tər güllər düzüb, ərazi bütövlüyümüzün müdafiəsi uğrunda canından keçənlərin xatirəsini yad ediblər.

    Sonra məktəblilər qarşısında çıxış edən Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov narkomiyanın və erkən nikahların səbəb olduğu ağır nəticələrdən və bu neqativ halların cəmiyyətimizin sağlam gələcəyi üçün yarada biləcəyi təhlükələrdən söz açıb, bu istiqamətdə polis əməkdaşlarının həyata keçirdiyi davamlı və təxirəsalınmaz tədbirlərdən danışıb.


    PAYLAŞ:

    Oxşar xəbərlər