Ərkivanlı qız Amerikada məzun oldu

Ərkivanlı qız Amerikada məzun oldu
  • Cəmiyyət

  • Əslən Masallının Ərkivan qəsəbəsindən olan Sabrina Mikayılova Amerikanın tanınmış Merilənd Universitetinin məzunu olub.
     
    Mikayılova Sabrina Hikmət qızı 2003-cü ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. İlk təhsilini Bakı şəhəri Binəqədi rayonu 283 saylı tam orta məktəbdə alıb və sonradan ailəsi ilə birlikdə Amerikaya köçüb.

    Sabrina Mikayılova 2019-cu ildə 16 yaşında Amerikada SAT ali məktəbə qəbul testlərindən müvəffəqiyyətlə keçərək topladığı 1570 balla universitetə təqaüdlə qəbul olunub.

    Bu il isə Sabrina ABŞ-ın nüfuzlu Merilənd Universitetini ikili ixtisas üzrə- "Kompüter elmləri və Neyrobioloji tibb" ixtisasları üzrə bitirib. Allah qorusun. Fəxrimizdir. 

    ©Bizim Lənkəran
    PAYLAŞ:

    Oxşar xəbərlər