Lənkəranda internet provayderinin əməkdaşını cərəyan vuraraq öldürüb - FOTO

Lənkəranda internet provayderinin əməkdaşını cərəyan vuraraq öldürüb - FOTO
  • Lənkəran / Hadisə

  • Lənkəranda bədbəxt hadisə baş verib.

    APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün Lənkəran rayonunun Gərmətük kəndi ərazisində internet provayderlərindən birinin əməkdaşı olan Mamusta kənd sakini, 1992-ci il təvəllüdlü Cəmil Zöhrab oğlu Həsənov internet xətti çəkərkən, yüksək gərginlikli elektrik xətlərinə toxunub. Bu zaman onu cərəyan vurub.
    C.Həsənov Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun həkimə qədər ölüm faktı qeydə alınıb.
    Meyit aidiyyəti üzrə təhvil verilib.
    Faktla bağlı araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər