Lerikdə qurban kəsməyə gedərkən qəza törətdi, xəsarət alanlar var

Lerikdə qurban kəsməyə gedərkən qəza törətdi, xəsarət alanlar var
  • Lerik / Sosial

  • Lerikə qurban kəsməyə gedən Rusiya vətəndaşı qəza törətdi, xəsarət alanlar var.

    Asiya.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 169-cu kilometrində, Lənkəran rayonu ərazisində baş verib.

    Belə ki, Rusiya vətəndaşı 1964-cü il təvəllüdlü Tərlan Əsəd oğlu Tahirovun idarə etdiyi "Hundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı məhəccərlərə çırpılıb. Nəticədə avtomobildəki sərnişinlər, Lerik rayonuna ziyarətə gedən 1960-cı il təvəllüdlü Tamella Kərim qızı Tahirova, 1971-ci il təvəllüdlü Aytən Ziyafəddin qızı Qarayeva və 1968-ci il təvəllüdlü Rəhilə Kərim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
    PAYLAŞ:

    Oxşar xəbərlər