Astaranın 3 yaşayış məntəqəsində qaz olmayacaq

Astaranın 3 yaşayış məntəqəsində qaz olmayacaq
  • Sosial / Astara

  • Astara rayonunun 3 yaşayış məntəqəsində təbii qazın verilişi dayandırılacaq.

    "Report"un Muğan bürosunun məlumatına görə, rayon ərazisində 2024-2025-ci illərin Payız-qış tədbirlər planına əsasən Maşxan kəndində diametri 159 mm-lik orta təzyiqli qaz xəttinin üzərində olan nasaz siyirtmənin yenisi ilə əvəz olunması ücün "Şahağacı” QPS-dən qidalanan Təngərüd, Maşxan kəndləri və Kijəbə qəsəbəsinin bir hissəsi olmaqla 1700 abonentin qaz təchizatının 8 avqust saat 14:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

    Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər