Lənkəranda yol nəqliyyat hadisəsi baş verib - xəsarət alanlar var

Lənkəranda yol nəqliyyat hadisəsi baş verib - xəsarət alanlar var
  • Hadisə / Lənkəran

  • Lənkəranda baş verən qəzada dörd nəfər xəsarət alıb.

    Yol nəqliyyat hadisəsi gecə saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran rayonu ərazisində qeydə alınıb. "Toyota Prius" markalı minik avtomobili "VAZ-21015" markalı minik avtomobili ilə toqquşub.

    Qəza nəticəsində "Tayota Prius"un sürücüsü Lənkəran şəhər sakini 2003-cü il təvəllüdlü Rafiq Nizami oğlu Əliyev, "VAZ-21015" markalı minik avtomobilinin sürücüsü Lənkəran şəhər sakini 1964-cü il təvəllüdlü Davud Zəkiulla oğlu Mənsiyev, Lənkəran rayonunun Liman şəhər sakini 1982-ci il təvəllüdlü Rəşad Mirzağa oğlu Seyfullayev və Lənkəran rayonunun Göyşaban kənd sakini 1994-cü il təvəllüdlü Anar Tərlan oğlu Əskərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Hazırda onların müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.

    Faktla bağlı araşdırma aparılır.




    PAYLAŞ:

    Oxşar xəbərlər