Cəlilabadda yanan evdən xilas edilən azyaşlının vəziyyəti ağırdır

Cəlilabadda yanan evdən xilas edilən azyaşlının vəziyyəti ağırdır
  • Hadisə / Cəlilabad

  • Cəlilabadda yanğın zamanı tüstüdən zəhərlənən 5 yaşlı R.İ-nin vəziyyəti ağır olaraq qalır.

    Asiya.az xəbər verir ki, bu barədə APA-nın cənub bürosuna Cəlilabad rayon mərkəzi xəstəxanasının Təcili yardım şöbəsinin həkimi Arzu Cəfərli bildirib.

    Qeyd edilib ki, 8 sentyabr 2024 - cü il saat 14:20 radələrində 2019 təvəllüdlü azyaşlı qadın cinsli xəstə tüstüdən zəhərlənmə diaqnozu ilə Cəlilabad rayon mərkəzi xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub: "Təxirəsalınmaz qaydada xəstə reanimasiya şöbəsinə yerləşdirilib, intensiv reanimasion yardım tədbirləri icra olunub. Hazırda xəstənin vəziyyəti ağır olaraq qalır. Müalicə və müşahidə davam edir".
    PAYLAŞ:

    Oxşar xəbərlər