Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib: ölənlər var

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib: ölənlər var
  • Cəlilabad / Hadisə

  • 06.06.2024-cü il tarixində saat 09:30 radələrində Cəlilabadda ağır yol-nəqliyyat hadisəsinin baş verib.

    Asiya.az xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 9 nəfər (8 nəfəri qadın, 1 nəfəri kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

    Onlara müxtəlif bədən nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

    Hazırda xəsarət alanlardan 3 nəfərin vəziyyəti orta ağır, 6 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.

    Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm halı qeydə alınıb.

    Qeyd edək ki, rayonun Sadatlı kəndi ərazisində içərisində sərnişinlərin olduğu avtobus qəzaya düşüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər