Asiya.az xəbər verir ki, qida obyektinin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, temperatur rejiminə əməl olunmadığı, döşəmə, tavan və divar səthlərinin təmirsiz olduğu, qida məhsulları ilə təmasda olan səthlərin hamar, yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, pəncərələrin qoruyucu tor örtüklə təmin edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi aşkarlanıb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək kafenin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.